Həftəsonu marşrut avtobusları işləməyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 19 dekabr saat 00:00-dan 21 dekabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.
Bildirilir ki, bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.