Ermənilər Laçını tərk edir - Foto

Ermənilər Laçın rayonundan çıxmağa başlayıblar.
Onlar çıxmazdan öncə qapıları, pəncərələri, döşəmələri sökür, evləri dağıdır və yandırırlar.
Ermənilər hətta elektrik kabellərini də özləri ilə aparırlar.
Xatırladaq ki, Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanmış anlaşmaya görə, Laçın dekabr ayının 1-ə qədər Azərbaycana təhvil verilməlidir.

