DTX azad edilmiş ərazilərdə fəaliyyətə başlayır

DTX azad edilmiş ərazilərdə fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Bu barədə  DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

скачать dle 12.1
Geri qayıt