“Bayraqdar”ımız İrəvan səmasında? - Stepanyan

“Bayraqdar”ımız İrəvan səmasında? - Stepanyan

İrəvanın hava məkanında "Bayraqdar” PUA-sının uçuş aparması haqqında məlumatlar yalandır. Ermənistan Müdafiə Nazirliyi yalan məlumat yayanların aşkar edilməsi üçün Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Bu barədə Ermənistan MN-nin mətbuat katibi Şuşan Stepanyan Feysbuk səhifəsində yazıb.

"Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Sistemləri Rusiyanın hava-kosmik müdafiə qüvvələri ilə birlikdə Ermənistan hava məkanını müdafiə edir. Bu, hərbi və qeydə alınmış mülki aviasiya istisna olmaqla, uçuş üçün qapalı zonadır", - Stepanyan yazıb.

скачать dle 12.1
Geri qayıt