Bayramovun həmsədrlərlə görüşünün vaxtı dəyişdi

Bayramovun həmsədrlərlə görüşünün vaxtı dəyişdi

Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha təxirə salınıb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş tarixinin təsdiqləməsini gözləyir.


скачать dle 12.1
Geri qayıt