Ermənistanda sərhəd zastavasının vurulması xəbəri... - MN

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.