Azərbaycan nizamlama prinsipinə sadiqdir

Azərbaycan nizamlama prinsipinə sadiqdir


Azərbaycan münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa əsaslanıb, ilk əvvəldən münaqişənin dinc yolla həlli üçün üzərinə götürdüyü bütün öhdəliklərə hər zaman olduğu kimi, sadiq qalmaqdadır. Döyüş meydanında öz üstünlüyünü nümayiş etdirdiyi bir vaxtda, işğal altında olan əraziləri bir-birinin ardınca işğaldan azad etdiyi bir məqamda da Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatının qorunması niyyəti ilə bu məsələni siyasi yolla həll etməyə hazır olduğunu bəyan etdi. Amma, baxmayaraq ki, erməni ordusu fiaskoya uğrayır, itgiləri saya-hesaba gəlmir, Ermənistan atəşkəs rejimini kobud şəkildə, özü də bir-birinin ardınca pozur, danışıqlardan sonra da Gəncənin timsalında Azərbaycanın bir çox şəhərinə, eləcə də kəndlərinə hücum edir, mülki obyektlərə, dinc əhaliyə məqsədyönlü şəkildə raket zərbələri endirir, günahsız mülki əhali arasında bir neçə nəfərin əyatını itirməsinə bais olur. Ermənistan atəşkəsi utanmadan, özü də dərhal pozursa, deməli, beynəlxalq hüquqla yanaşı, vasitəçilərə də, öz üzərinə götürdüyü öhdəliklərə də hörmətsizlik edir. İşğalçı tərəf Moskvada sonunci dəfə baş tutan uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə belə hörmətsiz davranışları bir daha təkrarladı.

Minsk qrupunun həmsədrlərinin belə Azərbaycanın mövqeyini dəstəkləməsi fonunda Ermənistanın tərəfi bəyan edirsə ki, Azərbaycana bircə qarış da torpaq verilməyəcək, deməli, Ermənistanın özünün mövqeyi sülhə mane olur. İndi hamı tərəfindən haqlı olaraq təqsirləndirilən, bu münaqişənin qızışmasında günahlandırılan Nikol Paşinyan təsadüfən hakimiyyətə gəlməyib, hamıya bəllidir ki, o Sorosun əlaltısıdır. Məhz bu baxımdan da Qafqazda vəziyyətin daha qaynar mərhələyə keçirilməsində nəini maraqlıdır, həm də bunun üçün əlindən gələni əsirgəmir.

Azərbaycan dövləti bir tərəfdən torpaqlarımızın erməni işğalından azad olunmasına yönəlmiş qalibiyyətli müharibə aparır. Qəsəbə-qəsəbə, kənd-kənd torpaqlarımız azad olunur. Digər tərəfdən isə müharibənin bitməsini gözləmədən, hər hansı bir sülh sazişi imzalanmadan artıq işğaldan azad olunmuş torpaqların bərpası və həmin ərazilərdəki infrastrukturun Azərbaycanın əsas infrastrukturuna bağlanması üçün gərəkən addımlar atır. Bu əvvəla onun göstəricisidir ki, Azərbaycan əldə etdiyi qələbənin daimiliyinə, əbədiliyinə inanır. Azərbaycanın hərbi-siyasi rəhbərliyi, hakimiyyət və şəxsən cənab Prezident əmindir ki, bu torpaqlar bir daha heç vaxt erməni işğalı altına qayıtmayacaq və bu torpaqlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi kimi qalacaq!

Səlimova Vüsalə,

Balaxanı bələdiyyəsinin sədri


скачать dle 12.1
Geri qayıt