Hikmət Hacıyev: Ermənistan Mingəçevirə ballistik raket atıb

Hikmət Hacıyev: Ermənistan Mingəçevirə ballistik raket atıb

Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - PA rəsmisi qeyd edib


скачать dle 12.1
Geri qayıt