Mülki əhaliyə edilən hücumlar uğursuzluğunun kompensasiya cəhdidir - Hikmət Hacıyev

Mülki əhaliyə edilən hücumlar uğursuzluğunun kompensasiya cəhdidir - Hikmət Hacıyev

Ermənistanın mülki əhaliyə etdiyi hücum dövlət səviyyəsində terrordur.

Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinq zamanı deyib.

O bildirib ki, Ermənistan siyasi rəhbərliyi bu addımına görə birbaşa məsuliyyət daşıyır: "Ermənistan dünən sənaye şəhərimiz Mingəçevirə hücum etdi. Ermənistan tərəfinin istifadə etdiyi uzaq mənzilli raketlər araşdırılmalıdır. Mülki əhaliyə edilən hücumlar erməni tərəfinin uğursuzluğunun kompensasiya cəhdi kimi qiymətləndirilməlidir”.

скачать dle 12.1
Geri qayıt