Psixoloq valideynlərə çağırış etdi: Bu gündən başlayın!

Psixoloq valideynlərə çağırış etdi: Bu gündən başlayın!

Psixoloq Narınc Rüstəmovanın məktəblərdə yeni dərs ilinin açılması və şagirdlərin psixoloji hazırlığı ilə bağlı  müsahibəsini təqdim edirik:

- Yeni tədris ilinə sayılı günlər qalıb. Uzun müddət ev şəraitində qalan şagirdlərin dərsə adaptasiyasında hansı problemlər yaşana bilər?

- Bu il məktəblilər əyani təhsildən tez uzaqlaşdılar və evdə qaldıqları günlərin sayı artdı. Bu müddətdə ailə daxilində gündəlik rejimin pozulması halları artdı, uşaqların TV, telefon və kompüter aludəliyi çoxaldı. Həmçinin yuxu rejimi pozuldu. İndi yeni bir dönəm başlayır. Uşaqlar artıq ciddi təhsil rejiminə keçid etməlidirlər. Bu cür rejim pozuntusunun çox olduğu ailələrdə uşaqların məktəbə adaptasiya olması asan olmayacaq. Valideynlərə tövsiyə olunur ki, işə elə indidən başlasınlar. Məktəblər açılana qədər yuxu, qidalanma rejimini nizamlasınlar, TV, telefon asılılığını azaltmağa çalışsınlar. Bunu "məktəblər açılır, dərslər başlayır” deyərək etməsinlər, davamlı olaraq etsinlər. Əks halda uşaqlarda məktəbə, dərsə qarşı aqressiya formalaşacaq. Bu da adaptasiya məsələsində çətinlik törədəcək.

- Bəs, dərslərin hibrit formada - onlayn və ənənəvi keçirilməsi uşaqların adaptasiyası üçün çətin olmayacaq ki?

- Dərslərin hibrid keçirilməsi ideal bir seçimdir. Bu, uşaqların məktəb mühitinə daha rahat uyğunlaşmasına kömək edəcək. Uşaqların əyani dərs keçmələri onların sosiallaşma, ünsiyyət ehtiyaclarının ödənməsi üçün vacib amildir.

- Müəllimlər şagirdlərlə ünsiyyətdə daha çox hansı davranış prinsiplərinə riayət etməlidirlər?

- Burada valideyn-müəllim əməkdaşlığının rolu çox önəmlidir. Bu, hər zaman aktual bir məsələ olub. Amma son dönəm hadisələri bu əməkdaşlığın vacibliyini daha da artırıb. Bundan başqa, məktəblə bağlı xoş xatirələr haqqında danışmaq, məktəb alış-verişi edərkən şagirdin özünün də iştirakı ilə seçim etmək motivasiyalarının artmasına kömək olacaq. Çünki həvəslə seçdiyi dəftər, qələm, çanta, geyim və s. onda tez bir zamanda məktəbə getmək istəyi oyadacaq.

Müəllimlərdən bu vaxtlarda daha çox səbir və anlayış gözlənilir. Tam uyğunlaşana qədər uşaqların aqressiyaları, kaprizləri və davranışlarında müəyyən dəyişikliklər olacaq.

скачать dle 12.1
Geri qayıt