Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu gündən başlayaraq sentyabrın 18-nə qədər aparılacaq təmir işləri ilə əlaqədar Bakının Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatda deyilir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Qurum yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib

скачать dle 12.1
Geri qayıt