Kafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verildi

Kafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verildi

Azərbaycanda ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik ediləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında bildirilir.

Qeyd edilib ki, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.

 

скачать dle 12.1
Geri qayıt