Bu qadağa qüvvədə qaldı - Hacıyev

Bu qadağa qüvvədə qaldı - Hacıyev

Beynəlxalq yükdaşımalar və Azərbaycan vətəndaşlarının təxliyəsi, eyni zamanda xüsusi sahədə çalışan vətəndaşlar istisna olmaqla, quru sərhədlərinin qapalı qalması rejimi qüvvədədir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, karantin rejimi çərçivəsində konkret sahələrlə bağlı qərarların qəbulu üçün araşdırma aparılır.

Akif Qurbanov əlavə edib ki, tədris müəssisələrinin açılması yoluxma sayında artıma səbəb ola bilər:

"Hazırda tədris müəssisələrində tədrisin təşkili, o cümlədən tələbələrin tədris prosesində iştirakı müzakirə edilir. Məsələn, şagirdlərin məktəbə hansı qaydada getməsi tənzimlənəcəkdir. Siniflərdə şagirdlərin sayı, dərs cədvəllərinin toqquşmaması, məktəblərdə sıxlığın olmaması, yeməkxanaların, oxu zallarının fəaliyyət göstərməməsi müzakirə olunur. Burada məqsəd yoluxma sayının artmamasının qarşısını almaqdır. Eyni anda bütün tədris müəssisələrində dərslərin ənənəvi qaydada təşkili mümkün deyil".

скачать dle 12.1
Geri qayıt