Kamran Əliyev onlara YÜKSƏK VƏZİFƏ verdi

Kamran Əliyev onlara YÜKSƏK VƏZİFƏ verdi

Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Qaradağ rayon hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.

Kamran Əliyevin imzaladığı digər əmrlə Qarabağ hərbi prokuroru vəzifəsinə də təyinat olub. Bu vəzifəyə Surxay Hüseynov təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

скачать dle 12.1
Geri qayıt