Bu ki, işğal faktının etirafıdır

Qabil HÜSEYNLİ, Professor
Ermənistan heç cür ənənəvi şakərindən - barmaqdan sorulmuş, hər cür gerçəklərdən, isbat olunmamış, uydurma tarixi faktlardan ibarət səfsəfələrlə bu cırtdan xalqın mifik obrazının yaradılması və bu obraza dünya ictimaiyyətini "məşəqqətlər görmüş” ölkə simasında inandırmağa çalışması artıq normaya çevrilib. Əvvəl "dənizdən dənizə” mifik dövlət ideyası, sonra 650 min olan əhalinin 1.5 milyonunun soyqırıma məruz qalması şivəni, daha sonra Nuhun gəmisi haqda miflər və sivilizasiyanı ərsəyə gətirən lavaşın, dolmanın "ixtirası” ilə bağlı əllaməliklər kimi erməni xəstə təxəyyülünün sayıqlamalarını saymaqla bitmir.
Bu günlərdə onlar yenidən şərəşur salıb özlərinin yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyətə bəyan etdilər. Strategiya, nə strategiya. Özü də uydurma erməni tarixini "su kimi içən” N.Paşinyanın ön sözü ilə. Format olaraq bu cür sənədlərdə işlənməsə də Paşinyan kor atı minib köndələn çapır və dediyini edir. Sən demə, Paşinyana qədər bu tarixin yetərincə "ağ ləkələri” varmış. Bir vaxtlar dünyaya özlərini Urartu dövlətinin qurucuları kimi sırımaq istədilər, alınmadı. Davosda İlham Əliyevlə olan debatda bədnam debütünü edən Paşinyan hansısa erməni dövlətinin başçısı II Tiqranın cahangirliyindən dəm vurmaq istədi, yenə də alınmadı. Çünki həmin II Tiqran b.e.-nın 26-cı ilində Mesopotomiya ərzilərində Bizansın bircə batalyonunun zərbələri altında məhv olaraq tarixin rüsvayçı zibilliyinə atılmışdı.
Tarixçi libasında zühur etmiş Paşinyan «dediyim dedikdir» məntiqi ilə Ermənistanın dağlıq yaylası, Haylar, Hayestan, çar Artaşes, Arşakilər, Baqratilər, Van çarlığı, soyqırım və s. bu kimi tarixi məqamlara baş vurur. Amma çifayda. Bu günlərdə isə daha bir rüsvayçılıq baş verdi. Belə ki, Bi-Bİ-Si-nin Haldtalk proqramına müsahibə verən N.Paşinyan korazehinlik dərəcəsinə çatan intellektual kasadlığı, siyasi səriştəsizliyi ilə özünü büs-bütün rüsvay etdi. Hiss olunur ki, nə Ermənistan nə də onun sorosçu baş naziri keçmişin streotiplərindən - milli natamamlıq kompleksindən hələ də azad ola bilməmişlər, heç ola da bilməyəcəklər.
Strategiya deyilən sənədlə səthi tanışlıq belə orada faşizm cövhəri ilə yaxşıca cilalanmış şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir: "Erməni xalqının böyüklüyü, hətta ari irqinə mənsub olması, onun digər xalqlar üzərində üstünlüyü barədə sərsəm fikirlər, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük, hətta qatı düşmənçilik mesajları verilir. Belə ki, Ermənistan sabiq baş naziri Vahan Teryanın şeirindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsi şadyanalıqla ərz edilir. Əslində Strategiyanın bütün məğzi "Babil bizim düşmənimiz idi, bəs indi hardadır. Səhralarla örtülüb” deyimində cəmləşib. Bu düşüncə tərzi ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan İŞİD terrorçuları arasında heç bir fərqi görünmür. Bütün bunlara baxanda, faşist Qaregin Njdenin "Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur. Bəlkə də Ermənistandan başqa heç bir ölkənin milli təhlükəsizlik strategiyasında şeir yer almayıb”.
Sənəddə "məxməri inqilab”a toxunulur və onun yeni standartlar müəyyən etdiyi bildirilir: O standartlar nədən ibarət olması isə hətərən-pətərən ifadələrlə izah edilməyə çalışılır. Əslində Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinadlar sənədin formatına uyğun deyil və məntiqsizlikdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsiyası təsvir edilməlidir. Yəni, konsepsiya hakimiyyətdəki qüvvələrə deyil, dövlətin maraqlarına uyğun bir sənəd olmalıdır. Belə çıxır ki, sabah Ermənistanda N.Paşinyana və "məxməri inqilab”a əks olan qüvvələr hakimiyyətə gəldikdən sonra bu strategiya avtomatik olaraq etibarsız olacaq. Aydın olur ki, bu sənəd Ermənistanın deyil, Soros və ona yaxın dairələrin dəstəyi ilə baş vermiş "inqilab” nəticəsində hakimiyyətə gələn, Soros fondundan pul alan N.Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır”.
Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, özlərinin qanlı hərəkətlərinə haqq qazandırılaraq Azərbaycan tərəfini günahlandırır və guya Azərbaycanda ermənifobiyanın olduğu barədə vay-şivən qoparırlar. İftira və yalanlardan ibarət iddialarda bir xalqın mənəviyyatının, əxlaqının nə dərəcədə deqradasiyaya uğradığının şahidi olursan. Azərbaycan torpaqlarının işğalı tarixi ədalətin bərpası, bu yerlərdə sivilizasiyanın bərpası kimi təqdim olunursa həyasızlığın, abırsızlığın miqyasına heyrət etməyə bilmirsən. Elə buradaca "şanlı Artsax” ordusunun övülməsi, şəninə mədhiyyələr deyilməsi Ermənistanın istilaçı, təcavüzkar mahiyyətini bir daha açıb ortaya qoyur. Sənəddə ölkəmizə qarşı edilən təcavüzkar müharibə ilə bağlı söylənilən fakt və arqumentlər isə ermənizmin riyakar mahiyyətini bütün çılpaqlığı ilə açır. Həyasızcasına iddia edilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu Artsaxın şanlı özünümüdafiə qüvvələri işğal edib. Bəs Xocalıda törədilən soyqırımda SSPİ-yə məxsus 366-cı motoatıcı diviziyanın iştirakını sübut edən zabitlərin ifadələri, işğal prosesində həmişə iştirak etmiş Gümrüdəki 102-ci briqadanın sabiq komandirinin sizləri ittiham edən və mətbuatda yol açan lənətləmələrinin heç mürəkkəbi də qurumayıb axı. Bəlkə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı 4 qətnaməsini də saya salmayasınız. Problemin həllinə dair Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmayanlar Hərəkatının, Türk Əməkdaşlıq Təşkilatının Əlaqələndirmə Şurasının bəyanatlarını da görməməzliyə vurasınız.
Bu bir faktdır ki, Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, qeyri-qanuni iqtisadi fəaliyyətlər siyasəti aparır, təbii ehtiyatlarımızı, didərgin düşmüş mülki əhaliyə məxsus varidatı yağmalayır, fauna və floramızı məhv edir. Ən sadə hesablamalara görə bu cür fəaliyyətlər nəticəsində ölkəmizə və əhalimizə 350 mlrd. dollardan çox ziyan dəyib. İşğal olunmuş ərazilərdə Azərbaycan izlərini- toponimləri, tarixi abidələri, mədəniyyət nümunələrini, daş qəbirləri yox etməyə, həmin ərazilərdə saxta ermən izləri yaratmağa çalışırsız. Gör nə qədər barbarsınız ki, Ü.Hacıbəyovun, Bülbülün, Natəvanın qədim Şuşamızdakı abidələrini də güllə yağmuruna tutubsunuz. Ermənistanın təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törətməsi, qəsdən Azərbaycanın mülki əhalisini, onların ev və təsərrüfatlarını atəşə tutması, Tovuz rayonuna hücum etməsi, danışıqlardakı destruktiv mövqeyi sübut edir ki, bu ölkə problemin diplomatik yollarla həllinə tərəfdar deyil və hər vasitə ilə mövcud status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.
2016-cı il aprel döyüşləri ilə bağlı uydurma fikirlərlə bağlı qeyd etmək istərdik ki, həmin vaxt Ermənistan silahlı qüvvələri qəyyum dövlətin xeyir-duası ilə Azərbaycana qarşı növbəti təxribata əl atmışdı. Azərbaycan öz əhalisini qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qaldı. 2 saat ərzində ermənilərin "Ohanyan istehkamları” adlandırdıqları qoruyucu xətlər darmadağın edildi. Şanlı ordumuz 3 günlük hərbi əməliyyatlar nəticəsində Tərtər-Ağdərə istiqamətində 18 strateji yüksəkliyi, Cəbrayıla qədər gedən ordumuz bütün Qarabağı nəzarətdə saxlamağa imkan verən Lələtəpə yüksəkliyini, bütövlükdə isə 2 min hektardan çox ərazilərimizi geri qaytardı. Qarşısında diz çöküb ağladığınız Rusiyanın təkidli səylərindən sonra ordumuz hərbi əməliyyatlara ara verdi. Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribat zamanı çox çirkin məqsədlər - ölkəmizin regionda gerçəkləşdirdiyi iri iqtisadi layihələr və mülki əhali hədəfə alınmışdı. Həmin əməliyyatlar zamanı qəyyumlarınız hava yolu ilə sizə 400 tondan artıq müasir silahlar göndərmişdi. Amma alınmadı, burnunuz yenə də ovuldu.
Sənəddə bir neçə dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipinə istinadən qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyin etmə hüququ qeyri-şərtsiz tanınmalıdır. Xeyir ola, deyəsən, beynəlxalq hüququn fundamental prinsiplərini və həmin prinsiplərdə Helsinki Yekun Aktının tələblərinə uyğun olaraq ərazi bütövlüyü ön planda gəldiyini "unutmusunuz”. Axı kommunistlərin XIX əsr müstəmləkəçiliyi dövründə ortaya atdığı, köhnəlmiş və müasir dövrdə dağıdıcı rol oynaya biləcək öz müqəddaratını təyin etmə hüququ çoxdan tarixin arxivinə göndərilib. Ona qalsa, dünyada 6 minə yaxın millət və xalqın olduğunu da bilməmiş deyilsiniz. Onlardan da yalnız 205-i öz müqəddaratını təyin edib müstəqil dövlətini qura bilib. Özü də söhbət sayları milyonlarla olan xalqlardan gedir, daha sayı 65 mini keçməyən icmadan yox. Bir zamanlar dünyaya meydan oxumuş, rusları 300 ildən çox hökmranlıqları altında saxlamış sayları 17 milyondan çox olan möhtəşəm tatar xalqının indi həmin Rusiyada çox məhdud muxtar səlahiyyətləri var. Bir də unutmayın ki, siz bölgəyə gəlmə xalqsınız, cəmi 200 il bundan əvvəl. Bu sizi maraqlandırmır? Axı bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Siz isə hökumət səviyyəsində deyirsiniz ki – yox "Artsax”tarixi erməni torpağıdır. Onda belə bir məntiqi sual ortaya çıxır: əgər beynəlxalq ictimaiyyətin fikri vecinizə deyilsə, o zaman niyə elə həmin beynəlxalq ictimaiyyətin erməni "soyqırımı”nı tanımasına nail olmaq üçün dəridən-qabıqdan çıxır, min bir dona girirsiniz.
Bir də axı sizin işğal faktını öz müqəddəratını təyin etmə prinsipi ilə ört-basdır etməyə çalışmanız və qanmaq istəməməniz ki, heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Çünki bu öz müqəddəratını təyin etmə yox, soyqırımla, vəhşicəsinə milyondan çox insanın etnik təmizlənməyə məruz qoyulması ilə müşayət olunan açıq işğaldır. Bir millətin öz müqəddaratını 2 dəfə təyin etmə haqqı beynəlxalq hüquqda yoxdur. Üstəlik də Azərbaycan torpaqlarında. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə”, müdafiə nazirinin "yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də "Strategiya” adlanan sənəddə münaqişə ilə bağlı söylənilən digər təxribatçı fikirlər sübut etmirmi ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir. Sənəddə qeyd olunan, qondarma qurumun təhlükəsizliyi, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır ifadəsi heç bir məntiqə sığmır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, deformasiyaya uğramış təfəkkür sahibi Paşinyanın rəbərlik etdiyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur və gec-tez bu bölgəni yenidən isti müharibənin alovları bürüyəcək. Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafı deyilmi? Üstəlik iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir. Yenə də qeyri-səmimilik. Əslində isə Ermənistanın işğalçı siyasəti Azərbaycanın mülki əhalisinin öz doğma torpaqlarında fiziki mövcudluğuna son qoyub.
Strategiyanı oxuduqca bütün xətt boyu Ermənistanda azərbaycanafobiyanın, türk düşmənçiliyinin nə qədər dərin kök saldığını aydınca sezirsən. Aydın olur ki, bu ölkədə azərbaycanlılara açıq nifrət, onlarla yanaşı yaşamanın mümkün olmaması barədə sərsəm fikirlərin hər kəsə aşılanması həyat tərzi normasına çevrilib. Bu həmişə belə olub. Çar Rusiyası sizləri müxtəlf ölkələrdən toplayıb Qərbi Azərbaycana, Qarabağa gətirdikdən sonra xalqımıza minnətdarlıq əvəzinə ona həmişə kin-kidurət bəsləmisiniz. Bu hissləri beşik başında bələkdəki uşaqlarınızın qulağına pıçıldamısınız. Zəvzək şairləriniz, şovinist nasirləriniz cızma-qaralarında bunları sizlərə təlqin edib. Bu ki, ksenofobiyanın, azərbaycanafobiyanın bədnam nümunələridir, antibəşər çağrışlarıdır. Bu azmış kimi, yenə bu sənəddə həyasızlığın, sinizmin zirvəsinə qalxaraq azərbaycanlıların guya ermənilərə qarşı həyata keçirdiyi uydurma "qırğınlar” barədə nağıllar uydurursunuz. Kaş iddialarınız gerçək olaydı. Bu iddiaları sübut edəcək heç olmasa bircə gerçək fakt ortaya qoya biləydiniz. Ürək ağrısı və böyük məsuliyyət hissi ilə qeyd etməliyəm ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə rusların hər cür dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı aktlarında 2 milyondan çox azərbaycanlı həlak olub. Baş verənlər siz anti-bəşərlərin qanlı vicdanına yazılıb.
Sənəddə Gəncə Qandzak adlandırılır. Toponimlərlə oynama sizin köhnə şakərinizdir. Xəstə təxəyyüllü insanların uydurma toponimləri artıq bizləri cana yığıb. Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş, Ermənistanda və işğal edilmiş ərazilərdə Azərbaycan irsini məhv edən və toponimlərini dəyişdirən bir ölkənin bu iddialarını toponim soyqırımı da adlandırmaq olar. Yenə həmin sənəddə iddia edilir ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Əslində isə Ermənistan öz ərazisindən, eləcə də işğal etdiyi torpaqlardan 1 milyondan çox azərbaycanlını zorakılıqla qovması, ərazisində və işğal edilmiş ərazilərdə məscidləri, tarixi abidələri, qəbirləri dağıtması insanlığını itirmiş bir xalqın əttökən yalanlarından başqa bir şey deyil. Bu ölkədə ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy məscid, Şuşadakı Yuxarı Gövhər ağa məscidlərinin memarlıq xüsusiyyətləri və mahiyyəti dəyişdirilir və İran abidələri kimi qələmə verilir.
Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri dağıdılmışdır. Ermənistanın keçmiş prezidenti R.Koçaryn 2003-cü ildə Avropanın mərkəzində - Brüssüldəki çıxışında qeyd etmişdir ki, "ermənilərlə azərbaycanlılar etnik cəhətdən uyğunsuzdur”. Bu da elmlə heç bir əlaqəsi olmayan xəstə təxəyyüllə süslənmiş erməni multikulturalizminin astar üzü.
Sənəddə qeyd olunur ki, ermənilər 20-ci əsrin ilk "soyqırımı”nın qurbanlarıdır və Ermənistan beynəlxalq səviyyədə soyqırımının qarşısının alınması mövzusuna xüsusi diqqət verir. Axı sizlər o zaman 400-dən artıq il idi ki, Osmanlı təbəələri idiniz. Nəyə görə, Osmanlıya basqın etmiş ruslara qoşularaq vətəndaşı olduğunuz dövlətə arxadan zərbələr vurdunuz? Osmanlı dövləti sizləri yenə də əfv etdi. Sadəcə olaraq siz xainləri böyük imperiyanın cənubuna sürgün etdi. Köç siyasəti qatar daşımaları ilə həyata keçirildi. Köç zamanı yolda malyariya və digər xəstəliklərdən bir neçə on min adam vəfat etdi. Daha sizin iddia etdiyiniz kimi 1.5 milyon nəfər yox. Axı o zaman Şərqi Anadoluda saylarınız 600 mindən çox deyildi. Bütün bunlar qondarma erməni soyqırımını heç nə ilə sübuta yetirə bilməyən növbəti bir yalandır.
Ermənistan özü 20-ci əsrin sonunda Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətmişdir. Görünür bu səbəbdəndir ki, strategiyada Türkiyəyə qarşı azğın fikirlər öz əksini tapıb, qondarma soyqırımına istinadən Türkiyənin ünvanına nifrinlər yağdırılır, əsassız ərazi iddiaları irəli sürülür. Bunun bir səbəbi də Türkiyənin beynəlxalq hüquq normalarını əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır.
Son günlər Türkiyə və Azərbaycan ordularının birgə təlimləri, Türkiyənin Naxçıvanda hərbi baza yaradacağı barədə səslənən fikirlər bu cırtdan ölkəni əməlli-başlı xofa salıb. Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı ciddi sual altındadır.
Sənəddə qeyd olunur ki, regionda demokratiya və insan haqları sahəsindəki geriləmə Ermənistanı narahat edir. Əlavə olunur ki, Azərbaycan və Türkiyədə demokratiya, insan haqları sahəsində geriləmə var. Bu da bu ölkələrin beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mənfi təsir göstərir. Vay bə, gör kimlər demokratiya fədailərinə çevrilib. Əlləri dirsəyəcən qana batanlar, faşizmi və irqçiliyi milli ideologiya səviyyəsinə qaldıranlar, özgə torpaqlarını işğal edənlər demokratiya aşiqinə çevriliblər. Atalar demiş: "Utanmasan oynamağa nə var ki”.
Ümumiyyətlə, Ermənistanın demokratiya və insan haqlarından danışmasının özü gülüncdür. Bu ölkədə 20 ilə yaxın hərbi xunta hakimiyyətdə olub, Parlamentdə yüksək vəzifəli dövlət rəsmiləri güllələnib, son hakimiyyət dəyişikliyi Sorosun və əlahəzrət küçənin təzyiqi ilə baş verib, indiki baş nazir isə siyasi rəqiblərini "asfalta uzatmaq”la hədələyir və yeri gələndə asfalta uzadır. Sabiq prezident R.Koçarynın və sabiq prezident Sarkisyanın yaxın qohumlarının həbsi, siyasətçilər və jurnalistlərin siyasi baxışlarına görə təqibi buna misaldır. Jurnalist Mger Yegiazaryan türmədə aclıq aksiyasından sonra vəfat etməsi isə demokratiya və insan azadlıqlarından dəm vuran Paşinyanın iki üzlü siyasətini ortaya qoyur.
Sənəddə regiondakı təhdidlərə istinad edilir, Türkiyənin, Azərbaycanın adı çəkilir. Yenə də «adımı qoyum sənə, səni qoyum yana-yana». Vurğulamaq lazımdır ki, regionda ən böyük təhdid elə Ermənistan və onun işğalçı siyasətindən irəli gəlir. Ermənistan Rusiya bazalarını öz ərazisində yerləşdirib, sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən qorunur. Demək olar ki, bütün qonşularına ərazi iddiaları var. Ermənistan milli təhlükəsizliyinə ən böyük təhlükə bu dövlətin xəstə siyasi ambisiyaları, hakimiyyətə seçki yolu ilə deyil, küçə yürüşləri və basqı yolu ilə gəlmiş N.Paşinyan hakimiyyətinin avantürist siyasətidir.
Sənəddə qeyd edilir ki, Azərbaycan və Türkiyə Ermənistanı iqtisadi blokadada saxlayır və onu regional layihələrdən kənarda qoyur. Heç bir məntiqə sığışmayan gülünc iddia, açıq həyasızlıqdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalda saxlayan, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qulaqardına vuran təcavüzkar bir ölkənin belə ittihamlarla çıxış etməsi heç bir əndazəyə sığmır. Bu dövlətin ləyaqət, mənəvi-etik normalar məhfumundan nə qədər uzaq düşdüyünü əyani surətdə açıb ortaya qoyur.
Sənəddə deyilir ki, Ermənistanın xarici siyasət baxışı beynəlxalq, millətlərarası və sivilizasiyalararası dialoqa əsaslanır. Ermənistanın belə tezislə çıxış etməsi çox gülüncdür. Bu reallığı əks etdirmir. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan öz ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında etnik təmizləmə aparmış, Azərbaycan xalqının mədəni və tarixi abidələrini dağıtmış, mənimsəmiş bir dövlətdir. Belə dövlətin xarici siyasəti millətlərarası və sivilizasiyalararası dialoq üzərində qurula bilməz.
Sənəddə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin bir-birinə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirmələri və təşkilatın səmərəliliyinin artırılması istiqamətində iş aparacağı qeyd olunur: "Sanki Ermənistanın bu təşkilatın sahibidir və onun digər üzvlərinə dərs keçəcək. Ermənistan KTMT-nin heç bir üzvü ilə məsləhətləşmədən onun keçmiş baş katibini həbs etdi, indi isə təşkilatın digər üzvlərinə öhdəlikləri barədə öyüd-nəsihət vermək fikrindədir. Uzun müddət KTMT-nin yeni baş katibinin təyin olunmasını boykot edən Ermənistanın özü bununla da təşkilatın səmərəliliyinə ən böyük zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sorosin tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz”.
Sənəddə qeyd olunur ki, Ermənistan azad söz və plüralizmi təbliğ edir və terrorizm və ekstremizmə qarşıdır: "Halbuki bu tam yalandır. Sanki ASALA-nı bunlar yaratmayıb, 60-a qədər türk diplomatına terror sui-qəsdini bunlar həyata keçirməyib. Bu yaxınlarda Los-Ancelesdə, Brüsseldə və dünyanın digər şəhərlərində ermənilər barbarcasına azərbaycanlılara hücum etdilər və onlara xəsarətlər yetirdilər. Bu məhz Ermənistanın ekstremizm siyasətinin nəticəsidir. Erməni diasporası da əsassız, mifik erməni müstəsnalığı üzərində qurulmuş ideologiyanı təbliğ edir. Nəticədə diaspora öz dağıdıcı fəaliyyəti ilə Ermənistan-Azərbaycan münaqişəsinin də həllinə əlavə maneələr yaradır.
Sənəddə "panermənilik” haqqında yer almış məqamlarla bağlı isə qeyd etmək lazımdır ki, bu faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir. Çünki orada yaşayan ermənilər üçün Ermənistan tərəfindən istiqamət və prioritetlər müəyyən edilməsi başqa dövlətlərin daxili işlərinə qarışmaq, beynəlxalq hüququ tapdalamaq deməkdir. Haqlı olaraq düşünürsən ki, "Ermənilər illərdir ki, xəstə təxəyyülün məhsulundan ibarət olan bir tarix icad edib onu virtuallaşdıraraq elə bu aləmlərində yaşayırlar...”.
Ən qədimlərə gedib dirənən virtual tarix, virtual böyüklük, virtual əzabkeş obrazı, virtual ilk sivilizasiya yaradıcısı, hər şeyi əhatə edən virtual mədəniyyət. Bu virtual düzməcələrdə hər gün yeni bir "icadı” ilə rastlaşırıq. Həm də ən dəhşətlisi odur ki, bu virtual aləmdə düzüb qoşduqlarına utanıb çəkinmədən dünyanın bir hissəsin də inandırmağa çalışırlar.
Sənəddə ermənilərin Ermənistana repatriasiyası üçün şəraitin yaradılacağı qeyd edilir. Bununla da Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti üçün əlavə insan resursları əldə etmək niyyəti güdülür. Bununla yanaşı, Ermənistanda demoqrafik böhran, dərin yoxsulluq, sosial bərabərsizlik və sosial qütbləşmənin mövcudluğu açıq etiraf edilir və artan mühacirət halları başlıca problemlərdən biri kimi göstərilir. Həmçinin, Ermənistanın iqtisadi inkişafını nə qədər major tonda göstərməyə çalışsalar da bir şeyi unudurlar ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər regional iqtisadi layihələrdən kənarda qalacaq, iqtisadi izolyasiya şəraitində yaşayacaq.
Sənəddə şüarçılıq formasında Ermənistanın yüksək texnologiyalar mərkəzi kimi inkişafı prosesində elm-təhsil sisteminin roluna xüsusi önəm veriləcəyi qeyd olunsa da, mühacir köçünün önündə gedən "beyin axını”, savadlı insanların ölkəni kütləvi surətdə tərk etməsi fonunda bu məqsədə necə nail olunacağı ciddi suallar doğurur.
Sənəddə qeyd olunur ki, ermənilər arasında zorakılıq yolu ilə daxili problemlərin həlli yolverilməzdir, hər şey azad məhkəmələr yolu ilə tənzimlənməlidir. Əslində isə, zorakılıq yolu ilə hakimiyyətə gəlməyin bünövrəsini başının dəstəsi ilə Paşinyanın özü qoyub.
Sənədin ətraf mühitə aid bölməsində nə çirkab suları Araz çayına axıdılan mis-molibden zavodunun problemlərinə, nə də fəal seysmik zonada yerləşən və istismar müddəti bitmiş Metsamor atom elektrik stansiyasının ölkə üçün doğuracağı fəlakətlərə diqqət yetirilmir, quru, içi boş sözlərlə vəziyyəti yola verməyə çalışırlar.
Sənədin diqqətli təhlili göstərir ki, burada əsas məsələ dərin iqtisadi-siyasi böhran içində olan Ermənistanın iqtisadi, təhsil, elm, mədəniyyətin inkişafı qayğıları deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlardır. "Bu Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Bir daha aydın olur ki, təcavüzkar işğalçı müharibə, əsassız ərazi iddiaları, qondarma soyqırımı şivəni üzündən Ermənistan bu gün faktiki olaraq inkişaf etmir. İş o yerə çatıb ki, "Böyük Ermənistan” xülyası ilə yaşayan bu ölkə onunla canbir-qəlbbir olduğu İrana, Gürcüstana da ərazi iddialarının olduğunu gizlətmir. Tbilisi şəhərini onların saldığını, bu şəhərin tarixi adının ermənicə "Txvin” olduğunu deyirlər.
İstənilən dövlətin inkişafı qonşuları ilə münasibətlərindən birbaşa asılıdır. Ermənistanın bu münasibətləri yoluna qoymasına əngəl törədən və ermənilərin inanmağa məcbur edildikləri iki qlobal fantaziya - Türkiyənin ayağına yazılan saxta "soyqırım”, Azərbaycan və Türkiyə tərəfindən "qədim” erməni torpaqlarının "işğal”ı adına səfsəfə bu cırtdan dövlətin regional inkişafa əngəl olması ilə yanaşı, beynəlxalq münasibətlərə də zərbə vurmaqda davam edir. Belə təsəvvür yaranır ki, Ermənistan, orada yaşayan ermənilər qapalı məkanda, qəfəsdə yaşayır, nə hakimiyyət dəyişikliyinin, nə də, dünyada gedən qlobal proseslərin bu dar qəfəsə və oradakı ermənilərə elə də bir təsiri olmur. N.Paşinyan isə bu dar qəfəsdə yaşayan ermənilərin şüurunu manipulyasiya etməkdə və onlarda qonşuları olan Türkiyə və Azərbaycana nifrət hissini körükləməkdə davam edir. Bu vəziyyət isə bir millətin faciəsindən başqa heç nəyə gətirib çıxara bilməz.