Türkiyədən vətənə avtomobillə gəlmək istəyənlərin diqqətinə

Türkiyədən vətənə avtomobillə gəlmək istəyənlərin diqqətinə

Türkiyədən vətənə şəxsi avtomobillə qayıtmaq istəyən Azərbaycan vətəndaşları səfirliklə əlaqə saxlamalıdırlar.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

H.Hacıyevin sözlərinə görə Türkiyədə o dövrdə şəhərlərarası nəqliyyatın fəaliyyətində məhdudiyyət mövcud idi:
"Avtomobillərin Gürcüstan ərazisinə daxil olması nəzərdə tutulurdu. O zaman xüsusi icazələr verilmişdi və vətəndaşlarımızın Türkiyədən Gürcüstana, oradan isə Azərbaycana gətirilməsini təmin etmək üçün bir neçə dəfə xüsusi avtobuslar da ayrılırdı. Hazırda Operativ Qərargaha belə bir müraciət yoxdur”.

O bildirib ki, Türkiyədən şəxsi avtomobillə ölkəyə qayıtmaq istəyən şəxslər Azərbaycanın qardaş ölkədəki səfirliyinə müraciət etməlidir:

"Bu şəxslərdən Türkiyədəki səfirliyimizlə əlaqə yaratmalarını xahiş edirik. Bu vəziyyətdə müəyyən qaydalar çərçivəsində Türkiyədən Gürcüstana, oradan isə tranzit yolu ilə Azərbaycana daxil olmaq üçün icazə əldə edilə bilər".

скачать dle 12.1
Geri qayıt