Ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb olundu

Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib.
Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a bildirilib ki, avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun "28 May”, "Nizami”, "Elmlər Akademiyası”, "20 Yanvar” və "İçəri şəhər” stansiyaları istiqamətində toplanılıb. Eyni qaydada səhər pik saatlarında da tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür.