Fərəc quliyev: Şuşada “İlin Xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər!

1989-cu ildə mübarizə əzminə görə "İlin Xalqı” adına layiq görülmüş Azərbaycan xalqı məncə bu il "Tovuz" hadisələri zamanı və sonrası bu fəxri adı yenidən qazandı. Bu birlik, bu Milli əzm və iradə, qətiyyət qorunarsa, elə bu il Şuşada "İlin Xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər! Bu fikirləri «Azad Azərbaycan» qəzetinə açıqlamasında Milli DirçəlişHərəkatı Partiyasının sədri FərəcQuliyev bildirdi. Onun sözlərinə görə, bu möhtəşəm özünəqayıdışa kölgə salmağa çalışanlarsa tarixin zibilliyində yer almağı haqq etdi. Bu günlər, xüsusi ilə 15 iyul bir çox mətləblərə işıq da saldı.
Partiya sədri Milli dönüklük göstərən radikal qüvvələrin xəyanətindən danışaraq qeyd etdi ki,15 iyul gecəsi Milli Məclisə basqın təsadüf deyildi: «Bu məsələnin gündəmə gətirilməsini zəruri edən səbəblərdən biri də son günlər diasporamızın fədakarlığına qarşı hər hansı çetenin müharibə elan etməsi, ermənilərə haqq qazandırmasıdır. Los–Anceles olaylarını ABŞ hakimiyyəti terror kimi qəbul etdiyi, səfirin azərbaycanlılardan üzr istədiyi halda Milli Şura ruporunun erməniləri müdafiə etməsi ən yumşaq halda Milli dönüklük deyilmi? Şəhid qızı Sevinc Osmanqızından əvvəl Milli Şura –AXCP rəhbərlərindən Cəmil Həsənlinin, Seymur Həzinin, Mehmanın erməniləri müdafiə etməsi bu davranışların kollektiv düşüncə məhsulu olduğunu və bir mərkəzdən məqsədli edildiyi qənaətini formalaşdırır. İstənilən siyasi təşkilatın rəhbərinin çağırışı o təşkilatın üzvlərinin, tərəfdarlarının, təəssübkeşlərinin fəaliyyət və təbliğat-təşviqat istiqamətini müəyyən edir. Təşkilatın rəhbərlərinin onun adından danışmaq hüququ olduğu kimi, təşkilatın hərəkətlərinə görə məsuliyyəti də var. Ona görə də bu təşkilatların rəhbərləri baş verənlər üçün mütləq cavab verməlidirlər. Baş verən hadisələr də onu göstərir ki, bu münasibət və çağırışların üzərindən sükutla keçmək olmaz. Sükut fəsadları daha da ağırlaşdırır».
F.Quliyev «Yurd–maşa» rəhbərinin 13 iyuldakı çıxışındakı tezislərdən danışaraq vurğuladı ki,Tovuz bölgəsindəki savaşın ilk günləri - 13.07.20 tarixdə «Yurd» (indiki AXCP adlı təşkilat-red.) rскачать dle 12.1
Geri qayıt