Biz bir olmalıyıq ki, güclü olaq

Mənfur qonşumuz Ermənistan Respublikasının hərbi birləşmələri BMT-nin, ATƏT-in və başqa beynəlxalq təşkilatların uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi zəminində ölkələrimiz arasında mövcud olan atəşkəs rejiminin şərtlərini xaincəsinə pozaraq, bu ilin 12 iyununda Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində yerləşən sərhəd məntəqələrimizi iri çaplı pulemyotlardan, minomyotlardan atəşə tutaraq, hərbi təxribat törətmişdir. Silahlı qüvvələrimizin bu istiqamətdə yerləşən hərbi qüvvələrinin müqavimətinə tab gətirməyən Ermənistan ordusunun birləşmələri geri çəkilməyə məcbur edilmiş, düşmənin bu cəhdi qətiyyətlə alınmışdır. Özlərinin başladığı təxribat nəticəsində Ermənistan ordusu bu hücum zamanı bir sıra itkilər vermişdir. Ordumuzun müqavimətini qıra bilməyin mümkünsüzlüyünü dərk edən mənfur düşmən qüvvələri uzaqvuran artilleriyadan istifadə etməyə, mövqelərimizi top atəşinə tutmağa başlamışdır. Hədəf kimi təkcə Azərbaycan Ordusunun hərbi mövqeləri deyil, həm də Tovuzun bir sıra sərhədyanı kəndləri, mülki əhali seçilmişdir. Bununla da mülki əhali arasında panika yaratmağa çalışan ermənilər adekvat cavab alaraq, ordu birləşmələrimiz tərəfindən cavab atəşi ilə susdurulmuşdur. Bütün bunlara baxmayaraq, mülki əhali arasında itki olmasa da, Ağdam kəndinin yaşayış evlərinə ziyan dəymişdir.
Düşmən qüvvələri 13 və 14 iyun tarixlərində də öz mənfur niyyətlərinə çatmaq üçün, bu istiqamətdə atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərini, sərhədyanı kəndlərini mütəmadi olaraq yenidən artilleriya atəşinə məruz qoymuş, canlı qüvvəsi, zirehli texnikanın köməyi ilə sərhədi pozaraq, Azərbaycan ərazisinə daxil olmağa cəhd etmişdir. Lakin Azərbaycanın şanlı ordu birləşmələrinin mübarizliyi sayəsində hər dəfə itki verərək, geriyə qaçmağa məcbur edilmişdir. Bu qanlı döyüşlər zamanı düşmənə layiqli "döyüş dərsi” verən silahlı qüvvələrimizin şəxsi heyəti arasında da itkilərimiz olmuşdur. Qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan Ermənistan və Azərbaycan arasında qanlı toqquşmalar olmasın deyə, bir sıra beynəlxalq təşkilatların nəzarət etdiyi atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən Azərbaycanla təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə öz xalqı qarşısında cavabdehlikdən yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş erməni xalqının qəzəbindən yayınmaq naminə Paşinyan rejimi münaqişəli nümayişlərdən yayınmaq naminə, müharibə zəminində olduğu Azərbaycanla müharibəyə başlayacağı ilə öz xalqını hədələyir.
Maddi çətinliklər içərisində çabalayan Ermənistan Respublikası Azərbaycanın davamlı olaraq artan beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyasının uğurları və bütün bunların nəticəsi olaraq dünya birliklərinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanımasına gətirib çıxarmışdır. Dediklərimizə başqa səbəb kimi həm də Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması bu qisasçı və məkrli rejimini hərbi təxribatlar törətməklə, qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.
Qeyd etmək istərdik ki, mənfur erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar, sərhəd zonasında erməni təxribatının baş verməsi heç də təsadüfi hal sayıla bilməz.Bölgədə müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan Ermənistanı idarə edən xunta rejiminin cilovlanması üçün, dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı artıq çatmışdır.
30 il müddətində erməni təcavüzünün nəticəsi olaraq, 20% ərazisini itirmiş, milyon nəfər qaçqını və məcburi köçkünü olan Azərbaycanın siyasi hakimiyyəti, başda ölkə prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla dövlət müstəqilliyimizin, sərhəd bütövlüyümüzün təhlükədə olmasını nəzərə alaraq, ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi naminə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaları və ictimai birliklərin Azərbaycan hakimiyyəti ətrafında birləşməyinin zəruriliyini araya gətirdi. "Biz bir olmalıyıq ki, güclü olaq” prinsipini əsas gətirilərək, bütün siyasi qüvvələr məkrli düşmənə qarşı mübarizədə Azərbaycan hakimiyyətinin və ordusunun yanında olmaq siyasətiniqətiyyətlə dəstəklədi və onun ətrafında sıx birləşdiklərini bəyan etdilər.
Həmişə olduğu kimi, Azərbaycan xalqı bu çətin anda da, məkrli düşmənə qarşı mübarizədə öz həmrəyliyini nümayiş etdirdi. Şərəfli döyüş tarixi olan xalqımız müstəqil dövlətimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduğunu bəyan etdi. İki gün öncə öz mübarizə əzmini nümayiş etdirən Azərbaycan xalqı bu məqsədlə Bakı şəhərində və Azərbaycanın başqa regionlarında nümayişkəranə şəkildə küçələrə çıxmış və erməni vandallarına qarşı mübarizədə öz dövlətimizin, öz prezidentimizin, öz ordumuzun yanında olacağına sədaqət andı içmişdir.
Yekunda demək istəyirik ki, biz keçmiş döyüşçü kimi, Birinci Qarabağ müharibəsinin veteranlarının, müharibədə əlil olmuş insanların hər birinin bu vətənpərvərlik təşəbbüsünə ürəkdən qoşulduğumuzu, hər birimizin ön cəbhəyə gedərək, öz döyüş təcrübəmizi gənc hərbçilərimizə təlqin etdirməyi, onlarla birgə Azərbaycan Dövlətinin ərazi bütövlüyünü təmin etmək naminə ölüm-dirim savaşına qatılmağa hər an hazırıq. Biz müharibə veteranları bütün Azərbaycan xalqı kimi şanlı Azərbaycan Ordusu ilə qürur duyuruq, onunla bir olduğumuzu ifadə edirik.
Möhtərəm
Prezidentimizi, Ali Baş Komandanımızı tam əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi,
xalqımızın namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə
hazırıq!
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami Rayon filialının bütün üzvləri adından: sədr Məhi Mehdiyev, İdarə Heyətinin üzvləri – İzzət Şirinov, Qəhrəman Qasımov, Mərdan Şahıyev və Fərhad Bağırov