Cəbhədə vəziyyət necədir? - MN açıqladı

İyulun 17-nə keçən gecədən indiyə qədər Ermənistan-Azərbaycan sərhədinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşib.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib
Nazirlik rəsmisi bildirib ki, buna baxmayaraq, gərginlik yenə də qalır:
"Bizim dövlət sərhədi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunaraq atəş açılır. İriçaplı silahlardan, əvvəlki günlərdə olduğu kimi, minaatanlardan və digər artilleriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.