Sumqayıtda şəhid generala görə izdiham - Foto

Sumqayıtda şəhid generala görə izdiham - Foto

Bu gün Tovuz istiqamətində düşmənin hücumunun qarşısını alan zaman qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimova görə Sumqayıt şəhərinin girişində izdiham yaşanır.

GunAz.az Musavat.com-a istinadən xəbər verir ki, sakinlər şəhidimizin nəşinin Sumqayıtdakı evinə gətiriləcəyini eşidiblər və şəhərin girişində Polad Həşimovun cənazəsini qarşılamaq üçün toplaşıblar.

Ərazidə xidmət aparan polis əməkdaşları bildirib ki, şəhid general-mayor Polad Həşimov sabah Fəxri Xiyabanda torpağa tapşırılacaq.


скачать dle 12.1
Geri qayıt