Payızda ağırlaşmalar ola bilər – TƏBİB

Mütəxəssislər payız aylarında daha diqqətli olmağımızı tövsiyə edirlər.
GunAz.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Payız aylarında koronavirusla mübarizə çətinləşə və ağırlaşmalar ola bilər. Buna görə biz daha diqqətli olmalıyıq. Əgər bu xəstəliyin qarşısını almasaq, öhdəsindən gələ bilmərik. Buna görə də gəlin sadə 3 qayda - tibbi maska, əl gigiyenasına və sosial məsafəyə əməl edək"