Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır.

Qeyd edək ki, koronavirusa yoluxan Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən Əməkdar artisti ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.


скачать dle 12.1
Geri qayıt