Azərbaycan hansı ölkə ilə sərhəddini açacaq?

Azərbaycan hansı ölkə ilə sərhəddini açacaq?

"Azərbaycanın qonşu ölkələrlə sərhədinin açılması məsələsi müzakirəyə çıxarıla bilər”.

Bunu  politoloq Elxan Şahinoğlu bildirib. Politoloq deyib ki, koronavirus pandemiyası uzun müddət davam edəcək:

"Yaxın həftələrdə təyyarələrin uçuşlarına icazə verilib. Koronaviris hələ uzun illər bitməyəcək. Bu o demək deyil ki, virus ölmiyənə kimi sərhədlər qapalı qalmalıdır. Avropa ölkələrində də koronavirus bitməyib. Ancaq artıq öz aralarında sərhədi açıblar”.

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan ilk olaraq Gürcüstanla sərhədini açacaq:

"Müəyyən vəziyyət öyrəniləndən sonra düşünürəm ki, Azərbaycan da öz qonşuları, əsasən də Gürcüstanla sərhədi açacaq. Gürcüstanda virusa yoluxanlar azdır”.


скачать dle 12.1
Geri qayıt