Lənkərançayda bir nəfər batıb

Lənkərançayda bir nəfər batıb
Lənkərançay çayında bir nəfər boğulub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.
E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
скачать dle 12.1
Geri qayıt