DOST mərkəzləri də bağlanır

Nazirlər Kabinetinin qərarına əsasən, 5 iyun saat 14:00-dan 8 iyunadək DOST mərkəzləri və 142 Çağrı Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Bu barədə DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, 8 iyun tarixindən etibarən DOST mərkəzləri və 142 Çağrı Mərkəzi yenidən xidmət göstərəcək.