Bakıya giriş-çıxış açılmayacaq- RƏSMİ
Xüsusi karantin rejimi müddətində ölkə üzrə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması məhdudiyəti davam edir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.