Redaksiyanın poçtuna gələn MÜRACİƏT

Möhtərəm Prezident!
Dünyanın, eləcədə ölkəmizin yeni nəsil COVİD-19 virusuna (koronavirus pandemiyası) düçar olduğu günlərdə qətiyyətlə və iradə
ilə xalqımızın sağlamlığını düşünməyiniz, vətəndaşlarımızın
səhhətini qorumağınız millətimiz tərəfindən yüksək qiymətləndirilir. Sayənizdə
Azərbaycan dövləti son illərdə bütün sınaqlardan müvəffəqiyyətlə çıxıb. Dövlətimiz
ulu öndər Heydər Əliyevin və Sizin rəhbərliyiniz
ilə bütün sahələrdə böyük nailiyyətlər qazanıb. Xüsusi karantin günlərində dövlətimizin
inkişafı və xalqımızın rifahı naminə qəbul etdiyiniz qərarlar, atdığınız
addımlar hər bir azərbaycanlının xoşbəxt gələcəyi üçün düşünülüb. Xüsusən,
karantin rejimində yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara sosial
xidmət üçün könüllülərin cəlb edilməsi təqdirəlayiqdir. Şəxsən mən də bu könüllülər dəstəsinə qoşulmuşam. Tənha
yaşayan və yardıma ehtiyacı olan insanlara bu cür şəraiti yaratdığınız üçün Sizə
dərin təşəkkürümü bildirirəm. Sosial durumu aşağı olan işsiz təbəqənin maddi
durumunu nəzərə alaraq 190 azn-lik birdəfəlik sosial yardımın təyin edilməsi, vətəndaşlara
Heydər Əliyev Fondunun nəzdində RİİB-nin ərzaq yardımının edilməsi əhalinin bu
çətin günlərdə vəziyyətinin yaxşılaşmasına zəmin yaratmışdır.
Pandemiya dövründə təhsilalanların və təhsilverənlərin sağlamlığını əsas tutaraq, tədris prosesinin dayandırılması, virtual dərslərin tətbiqi, teledərslərin və onlayn dərslərin təşkili də diqqətəlayiqdir. Bir təhsil işçisi olaraq bu istiqamətdə atdığınız addımlara, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram.
Allah sizi qorusun!
"Biz birlikdə güclüyük"
Dərin hörmətlə, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tyutoru, Sabunçu rayon Yeni Azərbaycan Partiyasının və Bakıxanov Bələdiyyəsinin üzvü Fidan Quluyeva