Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər-RƏSMİ

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər-RƏSMİ

Əgər yoluxma halları artarsa, ya regional olaraq, ya da ümumən ölkə ərazisində karantin rejimi sərtləşdirilə bilər.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

"Hər birimiz normal həyat tərzinə qayıtmaq istəyirik. Amma insanların sağlamlığı əsas məsələdir. Bu gün qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir. Hər kəs qaydalara riayət edib, maskadan istifadə etməlidir", - o bildirib.

скачать dle 12.1
Geri qayıt