Bakıda avtomobil əvvəl ağaca, sonra işıq dirəyinə çırpıldı, ağır yaralanan var - FOTO

Bakıda avtomobil əvvəl ağaca, sonra işıq dirəyinə çırpıldı, ağır yaralanan var - FOTO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
APA-nın məlumatına görə, avtoqəza Vaqif prospektində baş verib.
Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik” stansiyası istiqamətində hərəkətdə olan "Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


 
скачать dle 12.1
Geri qayıt