Müəllimlərdən İMKANSIZ valideyinlərə YARDIM DƏSTƏYİ-ÖRNƏK

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə insanlara dəstək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına əsasən həmin şüar altında 209 nömrəli məktəbin kollektivi tərəfindən xeyriyyə aksiyası keçirilib.
Maştağa qəsəbəsində koronavirus səbəbindən karantin rejimində yaşayan, övladları 209 nömrəli tam orta məktəbdə təhsil alan az təminatlı ailələrin bir qisminə ərzaq yardımı paylanılıb.
209 nömrəli məktəbin direktoru Ariza Behbudova deyir ki: "əgər dövlət bizim aylıq maaşımızı işləmədiyimizə görə ödəyirsə biz nə üçün məktəbimizin imkansız ailələrinə kömək etməyək, bu bizim Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük!” şüarına həmrəyliyimizdir."
Əlbətdə, bu həm də vətəndaşlıq borcumuzdur.
Mərdan DOLĞUN
GunAz.az