Maskadan istifadə etməyənlər cərimələnəcək
Tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı hökumətə müraciət edilib.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq:
"Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.