Yumşalmanın ilk günü 200 min artım olub

Yumşalmanın ilk günü 200 min artım olub

Bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətinin bərpa olunması sərnişin axınına təsirsiz ötüşməyib. Əvvəlki günlərlə müqayisədə aprelin 27-də səhər sərnişin axını daha yüksək olub.

Bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, 27 apreldə - karantin yumşalmasının ilk günü 740 mindən artıq sərnişinin daşınması təmin olunub.

"Sərnişin axınında artım hələ ötən həftədən özünü göstərməyə başlayıb. Keçən həftə boyunca gündəlik sərnişin axını 550-600 min arasında dəyişib. Ancaq dünən bu rəqəm 200 minə yaxın artıb”, - Ağayev bildirib.


скачать dle 12.1
Geri qayıt