Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti plenar iclası başlayıb.
İclasa spiker Sahibə Qafarova sədrlik edir.
S.Qafarova qeyd edib ki, iclasın gündəliyindən 9-cu məsələ (Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında) çıxarılıb və iclasın gündəliyində 27 məsələ qalıb.
Daha sonra "Torpaq icarəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, "Ətraf mühitin mühafizəsi haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Ovçuluq haqqında”, "Elm haqqında”, "Təhsil haqqında”, "Lisenziyalar və icazələr haqqında” qanunlara, o cümlədən Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, sində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunlara dəyişiklik ediləcək, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi müzakirə ediləcək.
скачать dle 12.1
Geri qayıt