Dünyanı sürətlə bürüyən bu bəla ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl
xalqımızın ölümsaçan təhlükədən qorunması son iki ayda dövlət başçısının gündəlik
fəaliyyətinin ən üstün yönünə və sahəsinə çevrilib. Koronavirusun yaratdığı irimiqyaslı böhranın başlanğıcından
Azərbaycanda həm əhalinin təhlükəsizliyinin təmin olunması, həm də
iqtisadiyyatın çökməsinin qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevingerçəkləşdirdiyi zəruri, təxirəsalınmaz
və kompleks tədbirlər, haqlı olaraq,
xalqımızda dərin razılıq və minnətdarlıqla qarşılanıb.
Ötən dövrdə dünyaya baxın gördüyümüz həqiqət
budur ki, bir sıra qabaqcıl ölkələr koronavirusla mübarizədə çətinlik çəkir. Lakin
Azərbaycan öz müdrik liderinin çevikliyivə bacarığı ilə öz həqiqətini ortaya qoyub. Azərbaycan rəhbərinin bu təhlükənin
sovuşdurulması ilə bağlı çevik reaksiyası, məqsədyönlü addımları, zamanında
verdiyi qərarlar sayəsində ölkəmiz pandemiyadan ən az zərər çəkən az sayda ölkənin
sırasındadır. Hamımıza yaxşı məlumdur ki, 30 ildən artıq bir müddətdə Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycana gətirdiyi hədsiz bəlalar və hesabagəlməz
itkilər dostlarımızı kədərləndirdiyi kimi, heç də az olmayan düşmənlərimizi də
məmnun salmışdır. İndi dünyada elə qəddar qüvvə və dairələr var ki, onlar xalqımızın bu pandemiyadan böyük itkilər
verməsini sevinclə qarşılayarlar. Belə bir şəraitdə Prezident İlham Əliyev əfsanəvi
qəhrəmanlar kimi gecəli-gündüzlü öz xalqının nicatı uğrunda mübarizənin önündədir.
Azərbaycan Prezidentinin 19
mart 2020-ci il tarixli "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli
gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər
haqqında” imzladığı operativ sərəncamın icrası ilə əlaqədar Nazirlər
Kabinetinin təsdiqlədiyi Tədbirlər Planıölkə başçısının gündəlik nəzarəti altında uğurla həyata keçirilir. Bu
cari proqram xarakterli sənəddə sosial
müdafiə tədbirlərinin gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına
daha da geniş yer ayrılması hamımızda xüsusi razılıq doğurub.
Dövlət başçısının bu misilsiz mübarizədə zəhmət çəkən, hamımızın
sağlamlığını qoruyan tibbi heyətin, qarantin rejiminin keşiyində dayanan polis əməkdaşlarının,
hərbçilərin, iş başında olan dövlət qurumları işçilərinin əməyini yüksək dəyərləndirməsi
öz səmərəsini verməklə yanaşı, xalqımızın böyük məmnunluğuna da səbəb olub.
Ümummilli lider Heydər Əliyevin
fomalaşdırdığı tarixi əsaslar üzərində Prezident İlham Əliyeviv 17 ildən bəri
böyük bir uzaqgörənlikilə yaratdığı möhkəm iqtisadi baza və zəruri ehtiyatlar
bu ağır günlərdə ölkəmizin lazımi tədbirləri gen-bol həyata keçirməsinə imkan
verir. Azərbaycanın dayanıqlı inkişaf yolunda olması gözlənilən itkiləri
minimuma endirir. Xalq əmindir ki, ölkə rəhbərinin
apardığı uğurlu sosial-iqtisadi siyasət dövlətimizi ağır vəziyyətə düşməkdən
qoruyacaq, iqtisadiyyatımız yüksəlişini davam etdirəcək.
Ölkə
başçısı sahibkarlığın inkişafını, iş adamlarına dövlət dəstəyini həmişə
prioritetlərdən hesab etdiyi kimi, bugün də onlara arxa-dayaqdır. Belə bir gərgin
şəraitdə Prezidentin sahibkarlığa dövlət qayğısının artırılması üçün atdığı
növbəti addım bunu yenidən sübut etdi. Azərbaycanın tətbiq etdiyi
qabaqlayıcı tədbirlərin dünyanın əksər ölkələrində də təqdir olunması və bizim təcrübəmizdən istifadə edilməsi müstəqil
dövlətimizin düşünülmüş və gələcəyə hesabalanmış siyasətinin uğurlarının daha
bir göstəricisidir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin
əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər də maneəsiz həyata
keçirilir. Xüsusilə karantin pejimi dövründə məşğulluq orqanlarının fəaliyyətinin
gücləndirilməsi məsələsi də ciddi nəzarətdə saxlanılır.
Bütün bunlar görə biz
ziyalılar, qələm sahibləri də dərin minnətdarlıqla deyirik: Cənab Prezident,
Siz qarşıya çıxan hər bir ekstremal vəziyyətlərdə daim xalqın yanında olmuş, vətəndaşların
hər bir probleminə son dərəcə böyük həssaslıqla yanaşmısınız. Azərbaycan xalqına, əsasən də bu gün xüsusi
qayğıya ehtiyacı olan ahıllara və aztəminatlı ailələrə öz əziziniz kimi qayğı
göstərməklə xalqın hər bir nümayəndəsinin Prezidenti olduğunuzu yenidən ən yüksək
səviyyədə sübut etdiniz.
Əziz Prezidentimiz, Siz həmişə olduğu kimi bu dəfə də
xalqımızı inandırdınız ki, biz, həqiqətən, birlikdə güclüyük. Sizin həyata
keçirdiyiniz tədbirlər planı hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin
etmək məqsədi daşıyır və dövlət qayğısı ilə əhatə olunan xalqımız bu gün ozünü
həmişəkindən daha güvənli hiss edir. Sizə
inanırıq və siyasətinizi daim dəstəkləyirik. Bütün
mübarizələrin önündə gedən jurnalistlər ordusu həmişə sizinlədir.