Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadılıb.
Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. 
Qeyd edək ki, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.
Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.
скачать dle 12.1
Geri qayıt