30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Bu il sosial təminat növləri üzrə təyinatların elektron qaydada aparılması işləri davam etdirilib. Yanvar-mart aylarında e-qaydada 5 600 şəxsə pensiya, 24 000 şəxsə isə müavinət-təqaüd təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ümumilikdə ötən il və cari ilin ilk rübündə 65 minə yaxın şəxsə qeyd edilən sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.
Bununla da həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
скачать dle 12.1
Geri qayıt