BNA- dan sahibkarlara tapşırıq

BNA- dan sahibkarlara tapşırıq
Bakıda fəaliyyət göstərən marşrut xətlərində işləyən avtobusların sayı azaldılmayıb.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağğayev deyib.
Onun sözlərinə görə, ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, marşrut xətlərindəki avtobusların hamısı işləyir:
"Baxmayaraq ki, karantin rejimidir, Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara tapşırıq verib. Bilirsiniz ki, ölkədə xüsusi karantin rejimi olduğundan sərnişinlərin sayı 60-70 faiz azalıb və bu da sahibkarlara ziyandır. Buna baxmayaraq, bütün daşıyıcılar xətlərdəki avtobusların hamısını daşımaya cəlb edib. Hazırda hansısa marşrut üzrə avtobusun ləngiməsi karantin şərtləri daxilində tam normaldır".
скачать dle 12.1
Geri qayıt