90 nəfər azərbaycanlı vətənə gətirilib

90 nəfər azərbaycanlı vətənə gətirilib
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi məlumat yayıb. 
Məlumatda deyilir ki, 27 mart 2020-ci il tarixində LOT Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilmiş Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.
Bununla yanaşı, LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb. Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb.
 
скачать dle 12.1
Geri qayıt