Fəal olsaq, qarşısını alarıq - Paşayevadan çağırış

Fəal olsaq, qarşısını alarıq - Paşayevadan çağırış
Koronavirusla bağlı panikaya yol vermək olmaz. Bununla yanaşı təhlükəni həm də ciddi qəbul etmək lazımdır.
Bu sözləri Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"İtaliyada insanların koronavirus təhlükəsini ciddi qəbul etməmələri ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır. Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”, - deputat bildirib.
Q.Paşayeva bu məsələdə mətbuatın rolunu yüksək qiymətləndirib.
скачать dle 12.1
Geri qayıt