Azərbaycanda teatr COVID-19-a görə tamaşaları dayandırdı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.
Bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.
H.Rüstəmova bildirib ki, qərar 27 mart tarixinədək qüvvədə olacaq.