Yağışlı və küləkli hava nə vaxtadək davam edəcək?
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova GunAz.az-a bildirib ki, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək.
Onun sözlərinə görə, martın 3-də ölkə ərazisində hava şəraiti mülayimləşəcək, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Martın 4-5-də isə havanın temperaturu tədricən yüksələcək.
