Piyadanı vurub qaçan sürücü həbs edildi

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri, İ.Qayıbov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.