Azərbaycan elektrik enerjisinin ixracını artırıb

Azərbaycan elektrik enerjisinin ixracını artırıb
Bu ilin yanvar-noyabr aylarında ölkədən 1 milyard 742,7 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ixrac olunan elektrik enerjisinin dəyəri 76 milyon ABŞ dollarından çox olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 380,1 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 64,9 milyon dollar təşkil etmişdi.
скачать dle 12.1
Geri qayıt