Yevlaxda xəstəxanada yanğın: xəstələr təxliyə edildi
Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.
FHN-dən GunAz.az-a verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.