Tanınmış vəkil ali mükafata layiq görüldü-FOTO

Azərbaycanlı vəkil Rusiyanın ali mükafatı ilə təltif olunub.
GunAz.az xəbər verir ki,Rusiya Federasiyasında yaşayan həmyerlimiz,tanınmış vəkil və ictimai xadim Ələkbər Qarayev bu ölkənin “Fəxri vəkili”adına layiq görülüb.Mükafat Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev tərəfindən təqdim olunub.Qeyd edək ki,bu medal vəkillik sahəsində qüsursuz xidmətlərə görə verilir.
Xatırladaq ki,həmyerlimiz,tanınmış vəkil və ictimai xadim Ələkbər Qarayev uzun illər Rusiyanın Krasnoyarsk diyarında vəkillik fəaliyyəti və diaspor quruculuğu işiilə məşğul olub.Hər zaman azərbaycanılara öz dəstəyini nümayiş etdirən hüquşünas insanalr arasında “həmişəqalib vəkil” kimi tanınır.Hazırda Moskva şəhərində fəaliyyət göstərən və 17 illik vəkillik təcrübəsi olan Ələkbər Qarayev bir neşə ilə öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi”medalı ilə də təltif olunub.
N.SAFURA