Deputatdan himnimizlə bağlı böyük qalmaqal

Deputat Araz Əlizadə İTV-də yayımlanan "3D” verilişində qonaq olub.
GunAz.az xəbər verir ki, deputat efirdə sensasion iddia səsləndirib. Deyib ki, Azərbaycanın Dövlət Himninin sözlərini Əhməd Oruc deyil, himnimizi Şamo Cəbrayılbəyli yazıb.
Aparıcı deputatın səhvini düzəldərək himnimizi Əhməd Orucun deyil, Əhməd Cavadın yazdığını deyib.
Deputat isə fikrindən dönməyib: Himnimizin sözlərini Əhməd Cavad yazmayıb, Şamo Cəbrayılbəyli yazıb”