"Maşın" tarixində ilk - Əsas finalçılar bəlli oldu
Müğənni Ramal İsrafilov "Maşın şou" nu tərk edib.
GunAz.az xəbər verir ki, bu barədə müğənni özü instaqramda məlumat verib. Finalda iki xanım iştirakçıya məğlub olan Ramal təəssüratlarını belə ifadə edib:
"Bu günə qədər mənə dəstək olan, sms göndərən, dua edən hər bir insana öz təşəkkürümü bildirirəm. Halal edin. Allah razı olsun".
Bu məqamda qeyd edək ki, bu vaxta qədər "Maşın" tarixində finala heç vaxt iki qadın iştirakçı qalmayıb. Odur ki, aparıcılar Lalə Mustafayeva ilə Suna Kasımoğlunun mübarizəsi bir ilk olacaq.Publika