Sizin ağrınız bizim ağrımızdır

Sizin ağrınız bizim ağrımızdır

 

Turkiyənin  Kayaköy Barış və Dostluq festivalı ərəfəsində Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri, BMT nin üzvü , Dünya Sülh səfiri  Tahirə Məmmədova və birliyin üzvləri sentyabrın 4 də  festivala ciddi hazırlaşırdılar.
AİMƏ - nin Türkiyə üzrə təmsilcisi  şair Mustafa Taner  bizi vətənpərvər ziyalılarla - Alpaslan Turkeş Tanç və Gültəkin Cavuşoğlu ilə taniş etdi.
 Festivala gəlmiş nümayəndələr bizə yaxınlaşır və öz sevgilərini bildirirdilər. Biz Azərbaycan həqiqətləri haqda, Qarabağ dərdimizi dostlara xatırladarkən,  o insanların gözlərindən yaş süzülürdü.
Ermənilərin işğalqılıq və fitnəkarlığından hər birimiz təsirləndik.
Biz hər an sizin yanınızdayıq.- deyən Gültəkin Çavuşoğlu ürək ağrısıyla  dedi  ki sizin ağrınız bizim ağrımızdır.
Axşam Gültəkin Cavuşoğlu və Alpaslan Turkeş Tanç  qaldığımız otelə gəldilər və bizim şərəfimizə  möhtəşəm ziyafət təşkil etdilər.
Alpaslan Turkeş Tanç sazda həm ifa etdi ,  həm də gözəl şərqilər söylədi . Birliyimizin üzvü, dəfələrlə  beynəlxalq  və Respublika  müsabiqələrın laureatı , Azərbaycan Milli Konservatoriyasının tələbəsi  Şəhram Sadiqov gah balabanda ,gah da qara zurnada necə gözəl ifa edirdisə , qonsu  stolda əyləşmış türkiyəli sənətçilər də bizə qosularaq gecədən xeyli keçənə  qədər dərdləsdik.
Türkiyənin Kütahya ,  Ərzurum, Çanaqkala, Ankara  şəhərindən  festivala qoşulan , itib batan qədim əl işləri üzrə  sənətçilər çox sevindilər və təşəkkürlərini bildirdilər.
Qonaqların xahisi ilə dörd beş saat ərzində əzbər  söylədiyim şeirlər  hər kəsi duyğulandırdı.
Şirin və duygulu anlar əl telefonlarımızın  yaddaşına köçürülərək yaddaşlara həkk olundu .
Tahirə xanım ingilis dilində çap etdirdiyi Qarabağ həqiqətləri haqqında yazılmış kitabını , Rauf İlyasoğlu isə " Yolda qalan izlər " kitabını Gültəkin Çavuşoğluna hədiyyə etdilər.
Gultəkin bəy Qarabağ həqiqətlərinin turk dilinə tərcümə olunaraq çap olunmasına və bu işdə yardımçı olacağına söz verdi .
Alpaslan Turkeş Tanc ,
Gultəkin Cavuşoğlu və bizə bələdcilik etmiş sair, araşdırmaçı  heykəltəraş Mustafa Tanerin timsalında belə vətənsevər , Qarabağ dərdini öz dərdi bilən  ogulları ilə qurur duyduq .
Onu da qeyd edim ki Gultəkin Çavuşoğlu iş adamıdir, eyni zamanda turk tarixinə bələd olan milliyyətcidir. Azərbaycan ücün ,vətən ücün çanından keçən ziyalıdır.
Mustafa Taner 1954 cü ildə Ağrıdağda anadan olub . Sonra Yalavada yasayıblar. Həmin rayonda millət vəkilinə namizəd olub. Bir nənəsi İran Azarbaycanlılarından, o biri nənəsi isə Naxçıvandan Qarapapaq turklərindəndir . Hər dəfə şeir söyləyərkən gözləri dolur, ürəyi vətən həsrətiylə döyünur. Məhz bu səbəbdən 29 kitabını  yuxusuz gecələridə qələmə alıb .
 Alpaslan Turkeş Tanc isə  əslən Qarabağlıdir.Təthiyənin  Qayakoyündə yaşayır və turizmlə məşğuldur. 1905 ci ildə babaları erməni işğalına məruz qalıb və Qarabağdan qaçqın düşüblər. Tokatda  ev tikiblər ermənilər yenidən hücum ediblər və Alpaslan  Ağrıda  qalıblar.
Azərbaycan,  Turkiyə  bayraqları ilə bəzədilmiş ziyafətdə Tahirə Məmmədovanın vətən həsrətli yanqıları hər kəsi duyğulandırdı.
Dostlarla yenidən
gorüşəcəyimizə soz verdik.
Rauf İlyasoğlu
Turkiyə , Kayaköy Barıs və Dostluq festivalından 

скачать dle 12.1
Geri qayıt