Zümrüd Yağmur ailəsində baş verən zorakılıqlarla bağlı Meydan TV-yə geniş müsahibə verib VİDEO.

Zümrüd Yağmur ailəsində baş verən zorakılıqlarla bağlı Meydan TV-yə geniş müsahibə verib VİDEO.

Müsahibədə o, Fuad Qəhrəmanlının ailədə törətdiyi zorakılıqlardan, qızlarını necə incitməsindən, onun əlini, 6 yaşlı qızının isə dizini necə qırmasından danışıb.

2009-cu ilə qədər gözəl ailələrinin olduğunu deyən Zümrüd Yağmur bildirib ki, hər şey Fuadın ona etdiyi xəyanətdən başlayıb.

O, qızı Selcanın Əli Kərimliyə olan nifrətinin də səbəbini açıqlayıb: "...Axı Əli Kərimli bilir ki, müavini evdə 3 nəfərə zülm eləyir. Barı onu sağ tərəfində saxlamasın. Bir dəfə desin ki, Fuad, ya evindəki problemləri həll elə, ya da müavinlikdən istefa ver".

Selcan anasına həmçinin deyirmiş ki, "Siyasi maraqlar dediyiniz şey ədalətin önünə keçməməlidir".

Zümrüd Yağmur bildirib ki, AXCP sədri situasiyanı fərqli yönləndirə bilərdi: "Əli Kərimli baş verən zorakılıqlardan xəbərdar idi".

https://www.youtube.com/watch?v=5aqpq7OBtTI

скачать dle 12.1
Geri qayıt